azia.az
azia.az

Putin nüvə silahına əl atacaqmı? - ABŞ və Britaniya kəşfiyyatının ŞOK HESABATI

12-10-2022, 11:12


Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi aramsız davam edərkən, dünya Rusiya prezidenti Vladimir Putinin nüvə silahı planına diqqət yetirib. 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qərbdən bu mövzuda bir-birinin ardınca açıqlamalar gəlsə də, ABŞ və İngiltərə kəşfiyyatı da Rusiyanın nüvə planı ilə bağlı təəccüblü hesabat dərc edib.

Böyük Britaniyanın Elektron Kəşfiyyat Xidmətinin (GCHQ) rəhbəri Ceremi Fleminq bildirib ki, Rusiya indiyədək nüvə silahlarına dair müəyyən edilmiş hərbi doktrina çərçivəsində qalıb. Lakin Britaniya kəşfiyyatı bunun dəyişə biləcəyini istisna etməyib.

Fleminq BBC Radio 4 proqramında nüvə silahı ilə bağlı hər hansı söhbətin "çox təhlükəli" olduğu barədə xəbərdarlıq edib. 

GCHQ rəhbəri Putinin gərginliyin artmasından “narahat olduğuna” əminliyini bildirib. Ukraynanın döyüş meydanında vəziyyəti Rusiya qüvvələrinin əleyhinə çevirdiyini qeyd edən Fleminq, rus əsgərlərinin təchizat və sursatlarının tükəndiyini bildiklərini qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi