Makron Baydeni tənqid etdi: Putin zarafat etmir?
Biz bu məsələləri şərh edərkən, ehtiyatlı olmalıyıq. Xəbər verilir ki, bu sözləri Fransa lideri Emmanuel Makron ABŞ Prezidenti Co Baydenin sözlərinə reaksiyasında deyib.
O bildirib ki, Ukraynadakı müharibənin nizamlanmasına “deeskalasiya” və “Ukrayna liderləri və xalqı üçün məqbul həll yolu” daxil edilməlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın nüvə təhdidi ilə bağlı demişdi:
“Putin taktiki nüvə, bioloji və ya kimyəvi silah tətbiqi ilə bağlı sözlərində zarafat etmir. Biz Kennedi və Kuba raket böhranından sonra nüvə Armageddonu perspektivi ilə üzləşməmişik”.