azia.az
azia.az

KTMT-nin baş katibi yenidən Ermənistana GƏLDİ - Bu dəfə Paşinyan Zası QƏBUL ETDİ

29-09-2022, 18:07


KTMT-nin baş katibi Stanislav Zas Ermənistana gəlib. 

Azia.az xəbər verir ki, bu, onun sentyabrın 12-14-də baş vermiş hərbi əməliyyatlardan sonra İrəvana ikinci səfəridir.

Xatırladırıq ki, İlk səfərdə Paşinyan onu qəbul etməyib.

Bu gün isə Paşinyan və Zas arasında görüş baş tutub.

“Sentyabrın 29-da KTMT-nin baş katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı missiyasının işi çərçivəsində İrəvanda Ermənistanın Baş naziri, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyanla görüşüb”,- deyə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Zas Paşinyana KTMT Missiyasının işinin ilkin nəticələri barədə məlumat verib, tərəflər onun işini və regiondakı mövcud vəziyyəti ətraflı müzakirə ediblər. Təşkilatın baş katibi və KTMT Birləşmiş Qərargahının rəhbərinin rəhbərlik etdiyi KTMT missiyası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il sentyabrın 13-də keçirilmiş fövqəladə iclasının qərarına əsasən Ermənistana göndərilib.

Missiyanın tərkibinə Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxil idi.

KTMT Missiyasına Ermənistan Respublikasının bəzi sərhədyanı rayonlarında vəziyyətin monitorinqi və öyrənilməsi və gələcək tədbirlər üçün təkliflərin hazırlanması tapşırılıb. Missiyanın işinin nəticələrinə əsasən, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər barədə hesabat hazırlanır.

Görünür, Ermənistan hələ də KTMT-nin köməyinə ümid edir. Belə olmasaydı, Zasın gəlişindən məlumatlı olan Paşinyan Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyası yerləşdirmək lazım olduğunu vurğulamazdı.KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi