Makey: "Pelosinin İrəvana gəlişi kimi səfərlər münaqişələri daha da qızışdırır"
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana gəlişi kimi səfərlər yalnız münaqişələri qızışdırmağa xidmət edir.
Xəbər verilir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
"Bu cür səfərlər münaqişələrin yumşaldılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək", - V.Makey bildirib.