azia.az
azia.az

Ermənistan SATIŞA ÇIXARILDI - Paşinyan hərəm olacaq: Bakı üçün ƏLA FÜRSƏT

19-09-2022, 15:12



30 illik işğalçılığı dövründə rəsmi İrəvana "gözün üstə qaşın var" belə deməyən bəzi dövlətlərin nümayəndələri bu gün Ermənistana görə Azərbaycanı qarşısına almağı qərar verib. 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sentyabrın ilk günlərindən Ermənistana səfər edəcəyi ilə bağlı iddialar öz təsdiqini tapıb, yekunda konqresmenin İrəvana gözlənilən səfəri baş tutub. 

Hava limanında düşər-düşməz ermənilərin qoca bacısı Pelosi regiona sülh gətirmək əvəzinə, münaqişəni qızışdıran bəyanatlar səsləndirməyə başlayıb. 

Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri "Ermənistanın müstəqilliyinə və suverenliyinə hücum edilib", "ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik", "ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb", "Azərbaycanın "Artsax"ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi bizim diqqətimizdədir" kimi bəyanatlarla qərəzli mövqe ortaya qoyaraq heç bir əsası olmayan, hər hansı bir fakta əsaslanmayan belə açıqlamalarla Azərbaycana qarşı açıq-aşkar ikili standartlardan çıxış etməsi ilə diqqətləri üzərinə çəkdi.

Ermənistan KİV-ində "Ermənistan hökuməti Bayden adminstasiyasından bunları istəyir" İDDİAsı adı altında 5 bəndlik siyahı əksini tapıb:

1. Azərbaycana silah tədarükü və onların alınmasının maliyyələşdirilməsi dayandırılsın.

2. Azərbaycanın neft və qaz ixracına embarqo qoyulsun. ABŞ və heç bir müttəfiqi, xüsusilə də Aİ Azərbaycandan enerji almasın.

3. Türkiyə və Azərbaycan silahlı qüvvələrinin hərəkətləri haqqında davamlı kəşfiyyat məlumatı verilsin.

4. Azərbaycan hökuməti və onları silah və komponentlərlə təchiz edən şirkətlərə sanksiya tətbiq edilsin

5. İsrailin Azərbaycana müasir silahların satmasını dayandırmağa məcbur edilsin.

ABŞ Türkiyənin NATO-nun cənub qanadı olduğunu, enerlj böhranını və Aİ-nin Azərbaycanla strateji tərəfdaşlığını nəzərə alaraq Ermənistan ilə Azərbaycan arasında seçim etməli olarsa belə, bu seçimin nəticəsi indidən məlumdur. ABŞ onun üçün məna kəsb etməyən Ermənistana üstünlük verməsi həm onun özünü, həm NATO-nu, həm Avropa İttifaqını pis vəziyyətdə qoya bilər. Ən azından Ermənistanın tələblərinə uyğun belə bir qərar verilərsə, Türkiyə, Azərbaycan və Pakistanın iştirakı ilə Türkdilli Dövlətlər Birliyi də ABŞ-ın bu addımına qarşı çıxacaq. ABŞ ona müvəqqəti lazım ola biləcək gücsüz, kasıb, zəlil Ermənistana görə dünyanın yarısını və öz maraqlarını qurban verə bilməz. 

Nensi Pelosinin səfər çərçivəsində "erməni soyqırımı"na qoyulmuş abidəni ziyarət edib burada gözyaşı axıtması riyakarlığın, saxtakarlığın son həddidir. İki əsr öncə güya baş verən bu hadisə haqqında ümumiyyətlə məlumatsız olan Nensi Pelosi ancaq hər birimizin çox yaxşı bildiyimiz ABŞ-ın hindulara qarşı törətdiyi soyqırımla bağlı tarixi həqiqətlər barədə məlumatlıdır. Bütün dünyaya bəllidir ki, hindu soyqırımı ABŞ-ın rəsmi dövlət siyasəti olub. ABŞ arxivlərini araşdıranlar bu barədə xeyli sayda sənədi (Amerikalılar hindulara qarşı ümumilikdə 65-dən artıq qətliam həyata keçiriblər - red.) asanlıqla əldə edə bilərlər. 

Bəs Nümayəndələr Palatasının spikerinin "timsah göz yaşları" axıdaraq Azərbaycana qarşı bu cür mövqe ortaya qoyacağı gözlənilirdimi? - Gözlənilirdi!

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç bildirib ki, "Pelosinin Ermənistana səfəri çoxlu erməni əsilli amerikalı seçicinin yaşadığı Kaliforniya ştatındakı daxili siyasətilə bağlıdır". Səfirin dediyindən belə nəticə çıxara bilərik ki, Pelosinin İrəvan səfəri və səsləndirdiyi bəyanat tam olaraq ABŞ dövlətinin mövqeyini əks etdirmir.

Burada bir maraqlı məqam diqqətdən yayına bilməz:

Nensi nənənin İrəvana səfəri haqqında sentyabrın əvvəlindən xəbərlər olsa da, bu səfərin xərclərini ABŞ höküməti ödəməkdən imtina etdiyi üçün ləğv edilmişdi. Çünki ABŞ höküməti sadə amerikalı vergiödəyicilərinin hesabına ermənilərin Nensi nənələrinin İrəvan məcaraları üçün 125 milyon dollar ayırmaqdan imtina etmişdi. Bir neçə gün öncə isə səfər xərclərini qismən Konqresdəki Amerika erməni kommitəsi - ANCA , qalan hissəsini isə erməni əsilli Rusiyalı biznesmen Ruben Vardanyanın (2019-cu ilin mart ayında OCCRP-nin açıqladığı hesabatda 9 milyard dollarlıq çirkli pulların yuyulması sxeminin müəllifi  - red.) ödəməsi ilə baş tutacağı təsdiqləndi.

Ruben Vardanyan rusiyadan oğurladığı pulla, bütün dünyadan şəffaflıq tələb edən ABŞ dövlətinin qanunverici orqan rəhbəri - Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini maliyyələşdirdi. Nə qədər absurd səslənsə də...

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən sonra Gürcüstanın ardınca, Ermənistan kimi tərəfdaşını itirmək riski ilə üz-üzə qalan Rusiyanın reaksiyası özünü çox gözlətmədi. Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıya gələcəyi ilə bağlı qərar bir növ simvolik məna kəsb edir. Bu səfərin məqsədini təxmin etmək o qədər çətin deyil. Moskvanın bu addımı həm rəsmi İrəvana ciddi xəbərdarlıqdır, həm də indiki məqqamda Azərbaycanı tərəfinə çəkmək üçün önəmli gedişdir.

Bölgəyə edilən bu son səfərlər bir daha onu göstərir ki, region ölkələri tərəflərini, qütblərini seçməkdədirlər. Rəsmi İrəvan son provakasiyalarla seçimini daha qətiləşdirdi deyə bilərik. Məhz bu təxribatlara ABŞ-dan gələn dəstək, ardınca N.Pelosinin İrəvan səfəri mənzərəni tam çılpaqlığı ilə ortaya qoydu. Ermənistan bununla bir daha Rusiyaya tərs sillə vurdu, növbəti dəfə Moskvanı onun əsas rəqibinə satdı.

Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman balanslı siyasət kursunu seçib. İstər Rusiya, istər ABŞ, istərsə də Qərb ilə eyni məsafədə dayanan, tarazlığı qoruyan rəsmi Bakı da artıq belə olan təqdirdə seçim etmək məcburiyyəti ilə üz-üzə qalır.

Ümumi mənzərə ondan ibarətdir ki, ABŞ-ın (eyni zamanda Qərbin) addımları Azərbaycanı beynəlxalq münasibətlərdə ciddi korrektələr etməyə vadar edir. İlham Əliyevin Səmərqənd səfəri, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin növbəti sammitində iştirakı, bir növ, Bakının qərarlarındakı bəzi detalları daha da dəqiqələşdirmək üçün kəşfiyyat xarakteri daşıyırdı. 

Erməni KİV-ləri onu da yazır ki, Nensi Pelosi Ermənistana 19 milyard dollar sərmayə gətirir ki, bu da Rusiya ilə bağlı hər şeyi satın almağa sərf olunacaq. Bu da Rusiya ilə Paşinyan hakimiyyəti arasındakı tellərin tam qopmasının qaçılmaz olacağı deməkdir. 

Halbuki rəsmi İrəvan geri dönüb baxsa görəcək ki, Rusiya siyasi və diplomatik üsullarla Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi növbəti təxribatından yaranan münaqişəni çox tez dayandırdı. Nəticədə isə İrəvandan minnətdarlıq əvəzinə, "Bu, Rusiyanın yox, ABŞ-ın xidmətidir" sözünü eşitdi. Çox keçmədi ki, ardınca da ortaya Pelosi obrazı çıxdı...

Göründüyü kimi Ermənistan tamamilə ABŞ-a üstünlük verməkdə qərarlıdır. Ermənistanın ABŞ-a açıq meyilliliyini əks etdirən son proseslərin ardınca rusiyalı politoloq İqor Korotçenko maraqlı açıqlaması ilə diqqət çəkdi: "Siz yenidən atəş açanda və ya xarici əraziləri (Azərbaycan torpaqlarını) minalamaq üçün can atan zaman Rusiyanın da sizi, çox demirəm, beşcə günlük Azərbaycanla təkbətək qoymağa tam haqqı olacaq".

Hə, bəlkə də rəsmi Moskva bu gün zamanında Ermənistana etdiyi yardımlara, verdiyi dəstəklərə görə peşimandır. Amma bu, Rusiyanın Ermənistandan alacağı son zərbəyə bənzəmir. Çünki ABŞ-ın Ermənistana bu manevri Azərbaycandan çox Rusiyaya qarşı hesablanmış bir oyunun parçasıdır. Vaşinqton bununla da Qafqaz üçlüyündən Gürcüstanın ardınca Ermənistanı da Moskvanın orbitindən çıxarıb regionda üstünlküyə yiyiələnmək niyyətindədir.

Sözsüz ki, Paşinyanın, onun idarə etdiyi dövlətin ABŞ-dan gözləntiləri ilə bağlı Pelosi Vaşinqtona qayıdar-qayıtmaz ABŞ tərəfindən həmin gözləntilərlə bağlı praktiki addımlar atılması üçün səy göstərəcək. Əvəzində Ermənistan Rusiya təsirini tədricən aradan qaldıracaq. Rusiyanın keçmişdə buraxdığı səhvləri düzəltmək üçünsə çox zamanı yoxdur. İddialar dolaşır ki, Rusiya Ermənistanın xəyanətinə növbəti sərt reaksiyanı "Qazprom" vasitəsilə edəcək. Bəzi mənbələrin məlumatına görə artıq rəsmi Moskva Ermənistana noyabra qədər olan borcunu ödəmək üçün vaxt verib. Nensi Pelosinin Ermənistana gətirdiyi 19 milyard dollarlıq sərmayənin İrəvanı Moskvanın əlindən xilas etməsi üçün yetərli olacağı inandırıcı görünmür. Görünən odur ki, Ermənistan özünü ABŞ-ın hərəmi olmaq üçün əlindən gələni etsə də, Rusiyanın forpostundan çıxmaq üçün çox tələsdi.

Təhməz Əsədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi