Poroşenko: "Manyak diktator öz “sarsaqlığını” dilə gətirib"
Ukraynanın beşinci prezidenti Petro Poroşenko Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağa və dərhal Ukraynaya NATO Üzvlük Fəaliyyət Planını təqdim etməyə çağırıb.
Bildirilir ki, Proşenko Ali Radanın tribunasından çıxışı zamanı bu barədə danışıb.
“Bu gün ikinci mərhələyə keçid aldıq və Beynəlxalq Sülh Günü kimi bir gündə manyak diktator öz “sarsaqlığını” dilə gətirib. Onu buna nə vadar edir? Ukrayna xalqının birliyi və cəsarəti? Ukrayna Silahlı Qüvvələrinin qəhrəmanlığı? Ukraynaya dəstək verən qlobal koalisiya tərəfdaşlarımızın nümayiş etdirdiyi birlik? Rusiya Federasiyası silahlı qüvvələrinin acizliyi?” - Poroşenko bildirib.
O, həmçinin Qərb müttəfiqlərini Ukraynanı daha çox silah və maliyyə yardımı ilə təmin etməyə, habelə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
"BMT - Rusiyanı Təhlükəsizlik Şurasından çıxarın.NATO - Ukraynanı NATO üzvü kimi qəbul edin, Üzvlük Fəaliyyət Planı verin" deyə Poroşenko əlavə edib.
Aynil