azia.az
azia.az

Putinin limuzininə bombalı maşın çırpıldı, güclü partlayış və… – SUİ-QƏSDİN DETALLARI

15-09-2022, 15:00

Putinin limuzininə bombalı maşın çırpıldı, güclü partlayış və… – SUİ-QƏSDİN DETALLARI
Vladimir Putinə uğursuz sui-qəsd cəhdi olub.

Britaniyanın nüfuzlu “The Sun” nəşri xəbər verir ki, Rusiya prezidentinin korteji bomba ilə yüklənmiş avtomobillə toqquşub.

Bu barədə Britaniya nəşrinə Kremlin daxilindəki mənbələr məlumat ötürüb.

Mənbə prezident limuzininə güclü partlama müşahidə olunub, sonra ətrafı tüstü bürüyüb. Daha sonra Putinin zirehli limuzini prezidentlə birlikdə təhlükəsiz yerə aparılıb.

Hadisədən sonra təhlükəsizlik xidməti çoxsaylı həbslər həyata keçirib.

Britaniya nəşri “General GVR” “Telegram” kanalına istinad edib. Anti-Kreml kanalı iddia edir ki, Rusiya prezidentinin korteji 5 zirehli maşından ibarət olub, Putin üçüncü maşında oturub.
Yenisabah.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi