azia.az
azia.az

Paytaxtda “SAQQAL REYDİ”: İnsanları polis bölməsinə aparıb saqqalını qırxırlar... - FOTO

31-08-2022, 11:15

Paytaxtda “SAQQAL REYDİ”: İnsanları polis bölməsinə aparıb saqqalını qırxırlar... - FOTO
Özbəkistanın paytaxtı Daşkənddə hüquq-mühafizə orqanları saqqallı kişilərin müəyyən edilməsi istiqamətində ard-arda reydlər keçirilir.

“Yeni Gündəm” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, saqqallı kişilər kütləvi şəkildə ictimai yerlərdə saxlanılırlar. Onlar polis bölməsinə gətirilərək saqqallarını qırmağa məcbur edilirlər.

Reyd Daşkəndin bir neçə rayonunda həyata keçirilir.

sosial şəbəkə istifadəçiləri də “təraşdan əvvəl”, “təraşdan sonra” başlığı altında fotolar paylaşıblar. Yerli sakin Məhəmmədyusuf ibn Kobil yazıb ki, polis onu küçədə saxlayıb şöbəyə gətirib. Orada onunla birlikdə daha on nəfərə yaxın saqqallı olub:

“Bizə dedilər ki, saqqallarınızı qırxmalıyıq, əks halda çölə çıxa bilməyəcəksiniz. Qanunda belə bir şey olmadığı üçün imtina etdik. Polislər isə cavabında, belə bir əmr aldıqlarını bildirirlər”.

Paytaxtda “SAQQAL REYDİ”: İnsanları polis bölməsinə aparıb saqqalını qırxırlar... - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi