Bakıda polis sinifə daxil olub telefonları yığıb şöbəyə aparıb- MƏSƏLƏ ARAŞDIRILIR
Bakının Binə qəsəbəsində 218 saylı məktəbində polis məktəbə daxil olaraq məktəbli uşaqlardan telefonları yığaraq polis şöbəsinə aparıb, bu barədə məlumatı məktəbli uşaqlardan birinin xalası və müəllim kimi çalışan Elnurə Seyidova sosial şəbəkələrdə paylaşıb edərək bildirib.
"Qanun olmadan polisin sinifə daxil olub uşaqlardan telefonları yığıb polis bölməsinə aparması doğru deyil. Məktəbin direktorundan niyə belə hal baş verdiyini soruşduqda isə direktor deyir ki, məktəb böyükdür uşaqlarla bacara bilmirik. Bu cür halları nizamlamaq məktəbin işidir, polisin yox", deyə müəllim qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, məsələ ilə bağlı araşdırma aparıb məlumat veriləcək.www.anews.az