Paytaxtda saqqallı kişilərin kütləvi həbsi başlandı -FOTO+ VİDEO
Teref.az "BBC" radiosunun Özbəkistan redaksiyasına istinadla xəbər verir ki, saqqallı kişilərə qarşı növbəti reyd 23-24 avqust tarixlərində paytaxt Daşkənddəki iri “Malika” elektronika bazarında təşkil edilib. Bildirilir ki, polis əməkdaşları bazara həm uniforma, həm də mülki geyimdə çıxıblar. Nəşrin verdiyi məlumata görə, polis bölməsinə aparılan təxminən 100 nəfər kişi saqqallarını qırxmağa məcbur edilıb. Məişət texnikası satan zərərçəkənlərdən birinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kişiləri saqqallarını qırxmaqdan imtina etdikləri təqdirdə həbslə hədələniblər. Öz qürur atributlarıyla bölüşməyə razı olanlar sərbəst buraxılıb, imtina edənlər isə şöbədə qalıblar.
Moderator.az