azia.az
azia.az

Almaniya kansleri: “Qərbin Rusiyaya qarşı sanksiyaları effektiv və düzgündür”

31-08-2022, 08:41

Almaniya kansleri: “Qərbin Rusiyaya qarşı sanksiyaları effektiv və düzgündür”
“Qərbin Rusiyaya qarşı sanksiyaları effektiv və düzgündür”.

“Report” “Magdeburger Volksstimme” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinə Avropanın vahid reaksiyası Rusiya Prezidenti Vladimir Putini təəccübləndirə bilib:

“Sanksiya tədbirləri Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiyaya təzyiq göstərmək üçün mühüm vasitədir. Ölkə dünya texnoloji tərəqqidən kənarda qalıb. Bu nə qədər uzansa, Rusiyaya bir o qədər çox ziyan dəyəcək. Mənim üçün Almaniyanın (Ukrayna tərəfdarlarının Qərb alyansından - Red) çıxmasından söhbət gedə bilməz”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi