azia.az
azia.az

ABŞ-ın strateji neft ehtiyatları son 37 ildə minimuma düşüb

24-08-2022, 04:21


ABŞ-ın strateji neft ehtiyatları avqustun 13-dən 19-na kimi olan dövrdə 8,1 milyon barel azalaraq rekord aşağı səviyyəyə - 453,1 milyon barelə düşüb.
ABŞ-ın strateji neft ehtiyatları son 37 ildə minimuma düşüb
Xəbər verilir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Göstərilən dövrdə yanacaq ehtiyatları 1985-ci ilin yanvarından indiyədək ən aşağı həddə çatıb. 2022-ci ilin əvvəlindən ABŞ-ın ölkədə yüksək benzin qiymətlərini azaltmaq üçün ehtiyatlardakı neftdən fəal şəkildə istifadə etməyə başlaması ilə həcmlər 160 milyon bareldən çox azalıb. Bundan əlavə, tədbir son onilliklər üçün ən yüksək olan inflyasiyanın qarşısını almağa yönəlib.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden strateji neft ehtiyatlarının boşaldılması zərurətini açıqlamışdı. Plana görə, yanacaq azı altı aya anbarlardan boşaldılacaq. O bildirib ki, ABŞ yanacaq qiymətlərini sabitləşdirmək, o cümlədən yerli bazarda enerjinin maya dəyərini azaltmaq üçün bütün vasitələrdən istifadə edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi