azia.az
azia.az

Ekspert: "Neftin qiymətlərinin artması üçün yalnız hasilatı azaltmaq kifayət etmir"

23-03-2017, 10:47

Ekspert: "Neftin qiymətlərinin artması üçün yalnız hasilatı azaltmaq kifayət etmir"


Neftin qiymətlərinin artması üçün yalnız neft hasilatının azaldılması kifayət etmir. Burada daha ciddi problem qiymətlərlə anbarlardakı ehtiyatlar arasında vasitəsiz qarşılıqlı əlaqədir.

azia.az xəbər verir ki, bunu Trend-ə geologiya sahəsində müstəqil amerikalı ekspert-məsləhətçi Artur Berman deyib.

Onun sözlərinə görə, iki ildən çoxdur neft istehsalçıları hesab edirdilər ki, qiymətlərin qalxması ehtiyatları əhəmiyyətli dərəcədə azaltmadan mümkündür: "Neft sənayesini zəif neft bazarından xilas etmək üçün OPEK-in hasilatının azaldılmasına böyük ümidlər bəslənildi".

Lakin ekspertin fikrincə, problemin təkcə istehsalçılarla istehlakçılar arasında balansın olmamasından yarandığını və qlobal iqtisadi borclardan asılılıqla əlaqəli olmadığını düşünmək yanlışdır: "Görünür, neft bazarlarında öz səhvlərini anladılar".

Ekspert: "Neftin qiymətlərinin artması üçün yalnız hasilatı azaltmaq kifayət etmir"


A.Berman qeyd edib ki, söhbət ehtiyatların bu həftə nə qədər dəyişməsindən getmir:

"Məsələ ondadır ki, ümumilikdə ehtiyatları nə qədər azaltmaq lazımdır və bu, daha ümidverici ssenari üçün nə qədər vaxt aparacaq. Buna isə kifayət qədər çox vaxt gedəcək. Belə ki, neftin qiymətini 70 dollar səviyyəsində saxlamaq üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin ehtiyatları təqribən 550 milyon barel azaldılmalı olsa, onda hasilatın sutkada bir milyon barel azaldılmasına bir ildən çox vaxt tələb olunacaq. Əgər istehsalçılarla istehlakçılar arasında balans dəyişkən olsa, bu, daha çox vaxt aparacaq".

Ekspert bildirib ki, eyni zamanda, OPEK-ə daxil olan və olmayan ölkələr arasında neft hasilatının azaldılması üzrə saziş icra olunur:

"Daxil olan məlumatlar göstərir ki, bu saziş nəticəsində neft hasilatı xeyli azalıb və bu azalmanın təqribən yarısı Səudiyyə Ərəbistanının payına düşür. EIA-nın enerji bazarının qısamüddətli mart icmalına əsasən, neft istehlakı ilin əvvəlindən istehsalı sutkada bir milyon barel üstələyib. Lakin bir ayın məlumatları ümumi tendensiyanı əks etdirə bilməz. Məsələn, 2016-cı ilin avqustunda kəsir müşahidə edilmişdi, bundan sonra isə bir neçə ay təkrar istehsal olmuşdu".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi