azia.az
azia.az

Ruslar bunu etsə... - Zelenskidən Putinə xəbərdarlıq

8-08-2022, 09:52

Ruslar bunu etsə... - Zelenskidən Putinə xəbərdarlıq
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin cənub ərazilərində referendum keçirməsi ehtimalını şərh edib. Xəbər verilir ki, Zelenski bu barədə xalqa müraciəti zamanı danışıb. O qeyd edib ki, Rusiya referendumun baş tutmasına icazə verərsə, Ukrayna bütün danışıqlardan imtina edəcək.
“Əgər işğalçılar psevdoreferendum etsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını bağlayacaqlar", - deyə Zelenski bildirib.



Prezident onu da qeyd edib ki, indi əsas məsələ silah tədarüküdür.



“Hər gün cəbhə xəttinə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün silah təchizatını artırmağa çalışırıq”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi