azia.az
azia.az

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

31-07-2022, 07:55

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Araşdırmaçı jurnalistlər Rusiya təyyarələrinin Sudanda qeyri-qanuni üsullarla hasil edilən qızılı gizli şəkildə, qaçaqmalçılıq yolu ilə ölkədən çıxardıqlarını müəyyən ediblər.

Onların sözlərinə görə, əldə olunan gəlir Ukraynadakı müharibənin maliyyələşdirilməsinə sərf edilir.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra Rusiya yük təyyarəsi Sudanın paytaxtından qanunsuz olaraq bir tona yaxın qızıl çıxarıb. Qızıllar peçenye qutularında gizlədilib.

Ümumilikdə, qızıl qaçaqmalçılığı ilə ən azı 16 növ Rusiya təyyarəsi məşğuldur.

Qızılın müqabilində Moskva ölkənin demokratik hərəkatını vəhşicəsinə yatıran Sudanın hərbi rəhbərliyinə siyasi və hərbi dəstək verir.//Oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi