Rusiya 40 alman diplomatı ölkədən çıxarır
Rusiya Almaniya səfirliyinin 40 əməkdaşını "persona non qrata” elan edib. Bu gün Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın hərəkətlərinə simmetrik cavab olaraq səfir Qeza Andreas fon Qeyri ofisinə çağırıb və ona etiraz notası təqdim edib.
Xatırladaq ki, aprelin 4-də Almaniyadakı Rusiya diplomatik korpusunun 40 əməkdaşı arzuolunmaz şəxs elan edilib. Onların fəaliyyətinin alman azadlığı və alman cəmiyyətinin birliyinə zərbə vurmaq məqsədi daşıdığı bildirilib.