azia.az
azia.az

Zelenski İstanbul Konvensiyasının ratifikasiyasını təsdiqləyib

22-06-2022, 09:05


Ukrayna Prezidenti Volodimir Zelenski qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması haqqında İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanunu imzalayıb.
Zelenski İstanbul Konvensiyasının ratifikasiyasını təsdiqləyib
Bu barədə “Report” Ukrayna Prezidentinin instaqram hesabına istinadən xəbər verir.

"İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanun. Onun əsas məzmunu sadə, lakin son dərəcə vacibdir. Bu, qadınları zorakılıqdan və müxtəlif ayrı-seçkilik formalarından qorumaq öhdəçiliyidir. Biz Avropa dəyərlərini paylaşırıq. Bizim üçün insan həyatı və sağlamlığı ən yüksək dəyərdir”, - dövlət başçısı qeyd edib.

İstanbul Konvensiyası qadınlara qarşı zorakılığın qarşısının alınmasını nəzərdə tutan ilk beynəlxalq hüquqi aktdır. Sənəd bu cür zorakılığın qurbanlarının müdafiəsi və günahkarların cəzalandırılması üçün tədbirləri əhatə edir.

Konvensiya qadınlara qarşı zorakılığı həm insan hüquqlarının pozulması, həm də ayrı-seçkiliyin bir forması kimi tanıyır. Sənəd onu imzalayanları cinayət məsuliyyəti, icbari evlilik, məcburi abort, məcburi sterilizasiya və s. cinayət əməli hesab etməyə çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi