Ukraynadan şad xəbər gəldi: Bu ərazilər işğaldan azad edildi
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib.
Məlumata görə, bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş xəbər verib.
O, qeyd edib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib.
"İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi - Lyubimovka, Novozlatopol və bu günə qədər Malinovka. Hazırda qoşunlarımız təmizlik işləri aparır, ona görə ki, Malinovka azad edilib", - Şiş deyib.
Eyni zamanda dünən Ukrayna ordusunun ölkənin şərqində Rusiyanın 130 hərbçisini zərərsizləşdirdiyi, və bir neçə hərbi texnikasını sıradan çıxarıdığı bildirilir.