azia.az
azia.az

Ərdoğan: “Bunun üçün Suriyadayıq, İraqdayıq”

3-11-2016, 16:17

Ərdoğan: “Bunun üçün Suriyadayıq, İraqdayıq”
Kimsə Türkiyədə əməliyyat apara bilməz

azia.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə xalqı 15 iyulda, sadəcə, bayrağına, azanına, demokratiyasına deyil, hədəflərinə də sahib çıxdı: "Bundan narahat olanlar oldu. Azan səslərindən narahat olanlar oldu. Əvvəllər də belələri olub, gələcəkdə də olacaq. Xalqımız FETÖ daxil olmaqla bütün terror təşkilatlarına meydan oxuyaraq "tək millət, tək vətən, tək bayraq" dedi. Bizim torpaqlarımız şəhid qanları ilə yoğruldu, kimsə vətənimizdə əməliyyat apara bilməz".

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə bundan sonra terroru mənbəyində məhv edəcək: "Bunun üçün Suriyadayıq, İraqdayıq. Yerləşmək üçün deyil, oradan gələn təhdidlərin qarşısını yerində almaq üçün o ərazilərdəyik. Biz baş verən, amma baş əyməyən bir millətik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi