azia.az
azia.az

SON DƏQİQƏ: Putin vəzifəsindən kənarlaşdırıldı

27-02-2022, 16:34

SON DƏQİQƏ: Putin vəzifəsindən kənarlaşdırıldı
Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın qınağına tuş gələn Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıb.

İJF-nin bugünkü bəyanatında deyilir: "Ukraynadakı müharibə fonunda Beynəlxalq Cüdo Federasiyası cənab Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir".


SON DƏQİQƏ: Putin vəzifəsindən kənarlaşdırıldı
Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinə ən böyük mükafatlarından biri olan “səkkizinci dan qara kəmər” verib. O, 2008-ci ildə Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti seçilib.

Vladimir Putin 11 yaşından bu döyüş sənətini məşq etməyə başlayıb. 21 yaşında Leninqrad çempionu olub və usta adını alıb. 1999-cu ildə “Vladimir Putinlə cüdo öyrənmək” kitabı nəşr olunub.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi