Baydendən təlimat: 7 min əsgər yola düşdü
Rusiyanın Ukraynada irəlilədiyi bir vaxtda Pentaqonun yüksək səviyyəli rəsmisi ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Almaniyaya əlavə 7 min əsgər göndərəcəklərini açıqlayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
“Silahlı Qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərimizi müdafiə etmək və şərqdəki müttəfiqlərimizə güvən vermək üçün gedir”, - məlumatda bildirilir.
Mənbə:My Webpage