azia.az
azia.az

TƏCİLİ! NATO bəyan etdi: Rusiyaya güzəştə getməyəcəyik!

26-01-2022, 23:41

TƏCİLİ! NATO bəyan etdi: Rusiyaya güzəştə getməyəcəyik!
NATO heç bir ölkənin alyansa qoşulmaq hüququ ilə bağlı Rusiya ilə güzəştə getməyəcək.


“Report” xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq deyib.

“NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiya ilə güzəştə getməyəcək”, - baş katib əlavə edib.

Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla yanaşı qeyd edib ki, dialoq ziddiyətlərin nizamlanması üçün zəruridir. “NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”, - Stoltenberq vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi