Rusiyadan SON DƏQİQƏ XƏBƏRİ: “Bayrakdar VURDU” – FOTO
“Ukrayna Türkiyədən aldığı “Bayraktar TB2″ SİHA-sı ilə Donbasdakı separatçıların mövqelərinə zərbə endirdi”.
Azia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan internet saytı bu haqda təcili məlumat yayıb
Xəbərdə bildirilir ki, Türkiyədən çoxlu sayda “Bayraktar TB2” alan Ukrayna ordusu bazar ertəsi yerli vaxtla saat 14:00 radələrində Donbasdakı rusiyapərəst separatçıları növbəti dəfə hədəfə alıb.
Xəbərdə Bayraktar TB2 SİHA-nın Kiyev yaxınlığındakı bazadan havaya qalxaraq qondarma “Donetsk Xalq Respublikasının” mövqelərini vurduğu qeyd edilir. Hücumda rusiyapərəst separatçı hərbçilərdən birinin öldüyünü iddia edən sayt, son vaxtlar Donbas səmasında Ukraynaya məxsus “Bayraktar TB2”-lərin göründüyünü yazır.Turkustan.az