Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı – Daha çox hansı ölkələrlə “qohum” oluruq?
“Qeydiyyat orqanlarında 2020-ci ildə Azərbaycan Respublikasının vətəndaşı olan 591 qadının və 608 kişinin, 2021-ci ildə isə 923 qadının və 850 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınmışdır”.
Azia.az xəbər verir ki, bunu sfera.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirib. Məlumatda vətəndaşlarımızın ailə qurduğu əcnəbilərin hansı ölkədən olması da öz əksini tapıb:
“2020-2021-ci illərdə Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və Qazaxıstan Respublikasının vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib”.