Ukraynaya göndərilən hərbi kömək ŞOK yaratdı: "Zarafat edirsiniz yoxsa ciddisiniz?"
Almaniyanın Ukraynaya hərbi yardım göndəriləcəyi barədə açıqlaması müzakirələrə yol açıb.
Metbuat.az xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi Ukraynaya 5 min dəbilqə göndəriləcəyini açıqlayıb. Berlinin bu dəstəyi Ukraynada “zarafat” kimi qəbul olunub. Sakinlər bu xəbərin ciddi olduğuna inanmayıb. Kiyevin Bələdiyyə sədri Vitali Kliçko deyib:
“Deməyə söz tapmıram. Almaniya növbəti dəfə dəstək üçün nə göndərəcək? Balış?”
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Almaniyadan silah yardımı istəsə də, rədd cavabı alıb.