Gəlindən İNANILMAZ QƏRAR: Toydan bir gün əvvəl... - Bəy hisslərinə hakim ola bilmədi
Hindistanın Madras ştatında gəlin toydan iki gün əvvəl inanılmaz qərar verib.
Azia.az metbuat.az-a istinadən xəbər verir ki, o, bəyi tərk edərək başqası ilə ailə həyatı qurub. Bildirilir ki, toydan iki gün əvvəl bəyin və gəlinin ailəsi yaxın qohumlarının iştirakı ilə əyləncə təşkil ediblər. Rəqs zamanı gəlinin əmisi oğlu qıza qarşı səmimi davranışlar sərgiləyib. Əmisi oğlu əlini gəlinin çiyninə qoyub. Bu isə bəyin xoşuna gəlməyib. Nəticədə narazılıq baş verib. Bildirilir ki, bu zaman bəy gəlinin üzünə şillə vurub.
Bu qalmaqaldan sonra gəlin toyu ləğv edib. Bir gün sonra isə o başqası ilə ailə qurub. Bəy isə polisə şikayət edərək, əyləncəyə xərclədiyi pulları qızın ailəsindən tələb edib.