Putin NATO-nu hədələdi: Sərt cavab veriləcək
NATO-nun şərqə doğru genişlənməsi Soyuq Müharibədən sonrakı eyforiya və yanlış təsəvvürlərin nəticəsidir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.
Vladimir Putin bildirib ki, NATO onun ölkəsinin sərhədlərinə yaxınlaşacağı təqdirdə, Rusiya hərbi-texniki tədbirlər görməyə hazırdır.
"Qərbli həmkarlarımızın aşkar aqressiv xətti davam edərsə, biz adekvat hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Mən vurğulamaq istəyirəm ki, bizim buna haqqımız var”, - Vladimir Putin bildirib.
Putin həmçinin bir zamanlar Moskva ilə Qərb arasında az qala müttəfiq münasibətlərə baxmayaraq, Soyuq Müharibədən sonra NATO-nun şərqə doğru genişlənməsindən təəcübləndiyini vurğulayıb.