Uqanda hakimiyyəti aldığı peyvəndin yarıdan çoxunu məhv edib - SƏBƏB
Uqanda hakimiyyəti aldığı peyvəndin yarıdan çoxunu məhv edib - SƏBƏB
Uqanda səlahiyyətliləri "Moderna"nın 400 min dozası olan koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv edib.
Məlumata görə, bu barədə Uqandanın səhiyyə naziri Ceyn Asenq bildirib.
"Moderna" peyvəndi aşağı temperaturda saxlanılır və istifadə etməzdən əvvəl əridilməlidir", - səhiyyə naziri deyib.
Uqanda bu günə qədər 34 milyon dozadan çox peyvənd alıb, onlardan 12,2 milyonu istifadə edilib."Ölkə.Az"