Ermənistanın Qazaxıstana göndərdiyi əsgər sosial şəbəkədə gülüş obyektinə çevrildi - FOTO
Xəbər verdiyimiz kimi, Qazaxıstanda başlayan etirazlar nəzarətdən çıxdıqdan sonra prezident Qasım-Comərd Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi dəstək istəyib.
Sfera.az xəbər verir ki, ölkəyə gələn 2500 əsgər arasında 70 erməni əsgəri də var.
Ölkədə çörəkbişirmə sexlərini qoruyacaq bu əsgərlər arasında çəkisi artıq olan əsgərin fotosu sosial mediada gülüş obyektinə çevrilib.
Sosial şəbəkələrdə müxtəlif ölkələrin nümayəndələri erməni əsgərinin fotosunun altında aşağıdakı şərhlər yazılıb:
"Bax indi ac qaldıq”.
"Çörək sexlərini elə bunlardan qorumaq lazımdır”.
"Dostlarına qorxu, düşmənlərinə cəsarət verən ermənilər”.
"Bir çörək sexi qorumağın ən gözəl yolu oradakı bütün çörəkləri yeməkdir”.