azia.az
azia.az

Məscidi gülləbaran edən amerikalını 20 il həbs gözləyir

12-02-2016, 11:09

Məscidi gülləbaran edən amerikalını 20 il həbs gözləyir ABŞ-ın Konnektikut ştatında məscidə atəş açmış 48 yaşlı amerikalıya 20 ilədək həbs cəzası verilə və 250 min dollar məbləğində cərimə kəsilə bilər. İnsident ötən ilin noyabrında Parisdə törədilən silsilə terror aktlarından bir gün sonra baş verib.
Məlumata görə, ötən gün Xartford şəhərində keçirilən məhkəmə iclasında Ted Xeki barəsində hökmün mayın 10-da elan ediləcəyi bildirib.
Müttəhim etiraf edib ki, 2015-ci ilin noyabrın 14-də Parisdə törədilən silsilə terror aktları barədə məlumatı eşitdikdən sonra Meriden şəhərindəki evinin qarşısında yerləşən məscidə 4 atəş açıb.
İnsident nəticəsində xəsarət alan olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi