Xan kababı necə hazırlanır?
Xan kababı zəngin və ləzzətli Azərbaycan yeməyidir. Əsas sirr quzu içalatının (qara ciyər, ağ ciyər, ürək) və quyruq yağının xüsusi quzu qarın piyi (pərdə) içərisində bükülərək sobada bişirilməsidir. Pərdə içalatı şirəli saxlayır, özü isə çıtır olur.
Beləlikləi nələri almalı;
İçalat: 1 ədəd quzu içalatı (qara ciyər, ağ ciyər, ürək və böyrək)
Piy: 1 ədəd quzu qarın piyi (şəffaf pərdə)
Əlavə yağ: 100-150 qram quyruq yağı
Tərəvəz: 3-4 ədəd baş soğan
Ədviyyatlar: Zövqə görə duz, qara istiot, sumax və ya kəklikotu
Hazırlanma qaydası
İçalatı təmizləyin və doğrayın: Ağ ciyəri əvvəlcə suda bir az bişirin (çox yox, çəngəl batacaq qədər). Digər içalatları - qara ciyər, ürək və böyrəyi çiy halda damarlardan təmizləyin. Bütün içalatları və quyruq yağını kiçik kublar şəklində (noxud boyda) doğrayın.
Soğanları hazırlayın: Soğanları çox xırda doğrayın və ya sürtgəcdən keçirin. Acı suyunu əlinizlə sıxıb atın.
Qarışdırın: Doğranmış içalatı, quyruq yağını və soğanı dərin bir qaba yığın. Üzərinə duz, istiot və sumax əlavə edib yaxşıca qarışdırın.
Pərdəyə bükün: Quzu pərdəsini açıb kiçik hissələrə bölün. Pərdənin ortasına içalat qarışığından 1-2 xörək qaşığı qoyun. Pərdəni kənarlardan içəriyə doğru bükərək xonça (dolma) formasını verin.
Bişirin: Hazır bükülmüş xan kabablarını listə düzün. 200 dərəcəyə qədər qızdırılmış sobada pərdə qızılı və xırtıldayan (çılpaq) olana qədər, təxminən 35-40 dəqiqə bişirin.
Leyla