azia.az
azia.az

Evinin qarşısında güllələnənlə bağlı - Rəsmi açıqlama

8-02-2016, 09:58

Evinin qarşısında güllələnənlə bağlı - Rəsmi açıqlama Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir neçə gün əvvəl baş vermiş qətllə bağlı məlumat yayıb.
Fevralın 2-də, saat 12:50 radələrində Abşeron rayon Polis Şöbəsindən rayon prokurorluğuna rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlunun Saray qəsəbəsindəki evinin qarşısında naməlum şəxs tərəfindən “Makarov” markalı odlu silahdan açılan atəş nəticəsində “boynun və döş qəfəsinin odlu silah yaralanması” xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına daxil olması barədə məlumat daxil olub.
Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
K.Babayev aldığı xəsarətlərdən fevralın 6-da xəstəxanada vəfat edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi