Ağcaqanad dişləməsini qaşımaq iltihabı 50%-ə qədər artırır — Xəbərdarlıq
Ağcaqanad dişləməsindən sonra yaranan güclü qaşınma çoxlarının instinktiv olaraq qaşımasına səbəb olur. Lakin yeni elmi araşdırma göstərib ki, bu vərdiş əks effekt verir və dəridə iltihabı 40–50% artırır.
Demokrat.az xəbər verir ki, bu barədə "Science" jurnalında məlumat dərc olunub.
Araşdırma ABŞ-ın Pittsburq Universitetində dermatoloq Daniel Kaplanın rəhbərliyi ilə aparılıb. Tədqiqatda dərinin immun sisteminin qaşınmaya necə reaksiya verdiyi siçanlar üzərində öyrənilib.
Təcrübələr nəyi üzə çıxarıb?
Alimlər siçanlarda qaşınmanı yaradan allergen tətbiq ediblər və müəyyən ediblər ki:qaşınma siqnalları bloklandıqda iltihab əhəmiyyətli dərəcədə azalır, qaşımağa imkan verilməyən siçanlarda şiş və iltihab 40–50% daha aşağı olur.
Qaşımaq niyə vəziyyəti pisləşdirir?
Mütəxəssislərin izahına görə, qaşıma zamanı sinir hüceyrələri “substance P” adlı maddə ifraz edir. Bu maddə dəridəki mast hüceyrələrini aktivləşdirir və histamin ifrazını artırır. Nəticədə qaşınma daha da güclənir və iltihab artır.
Tədqiqat göstərib ki, qaşımağa imkan verilməyən siçanlarda dəridə bakteriyaların miqdarı 10 dəfə azalıb. Buna baxmayaraq, alimlər bildirirlər ki, ümumi zərər qaşımanın mümkün faydasından daha çoxdur.
Qaşınmaya qarşı nə etmək olar?
Həkimlər aşağıdakı üsulları tövsiyə edir:
antihistamin dərmanlar,
hidrokortizonlu kremlər,
kalamin losyonu,
yulaflı vannalar,
mentollu kremlər (qaşınma hissini müvəqqəti azaldır).
Leyla