azia.az
azia.az

Pezeşkian Paşinyana xəbərdarlıq etdi

Bu gün, 13:44

Tehran-İrəvan münasibətləri xarici qüvvələrin müdaxiləsi olmadan inkişaf etməlidir.

Yerli KİV-ə istinadən xəbər verilir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə bəyan edib.

İran prezidenti bildirib ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsi həm Tehranın, həm də İrəvanın maraqlarına uyğundur və regionda xarici aktorların mövcudluğu mövcud problemləri daha da mürəkkəbləşdirir.

Paşinyan isə tərəflər arasında nəqliyyat, tranzit, gömrük, ticarət və iqtisadi sahələri əhatə edən geniş ikitərəfli əməkdaşlıq sazişinin tezliklə yekunlaşacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Ermənistanda Avropa Monitorinq Missiyası fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi