Xəbər verilir ki, bu barədə "Tsarqrad" məlumat yayıb.
Sənətçi Rusiyada pensiya ödənişləri, bank faizləri və 200-dən çox mahnısına görə müəllif qonorarları almaqda davam edir. Bildirilir ki, Puqaçova "xarici agent" statusu almadığı üçün həmin vəsaitdən sərbəst şəkildə istifadə etmək hüququna malikdir.
Eyni zamanda, Rusiya ədliyyə nazirinin müavini Oleq Sviridenko bildirib ki, "xarici agent" reyestrinə daxil edilmiş musiqiçi Andrey Makareviçin xüsusi hesablarında 100 min rubldan (təxminən 2 min 200 manat) artıq vəsait yoxdur.
Sviridenko bu məbləğin inandırıcı görünmədiyini qeyd edərək, Makareviçin gəlirlərinin üçüncü şəxslər vasitəsilə daxil ola biləcəyini ehtimal edib.(publika)

Qəhrəman zabitimizi unutmayaq
QARDAŞI və OĞLU veteran olan qəhrəman QAZİ
