SON DƏQİQƏ: Bu müsəlman ölkəsi spirtli içki satışına icazə verdi
2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kubokunun azarkeşlər üçün nəzərdə tutulan zonasında spirtli içki satışına icazə veriləcək
Azia.az xarici mediaya istinadən xəbər veri ki, spirtli içkilər xüsusi fan zonada əyləşən tamaşaçılar üçün əlçatan olacaq. Bundan başqa insanlar alkoqolu otellərin barlarından və restoranlardan da ala biləcəklər.
Lakin yalnız pivənin və ya digər spirtli içkilərin satılıb -satılmayacağı hələlik bilinmir. Çünki Qətər stadionlarında belə bir zonanın inkişafı ilə bağlı işlər hələ yekunlaşmayıb.