Ərdoğan: "İsraillə əlaqələrimiz yaxşılaşır"
Türkiyə-İsrail münasibətlərinin bərpası müsbət dinamikaya malikdir. APA-nın məlumatına görə, bunu mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz münasibətlərin normallaşdırılması üçün onlardan üzrxahlıq gözləyirdik. Bu məsələ artıq bağlanıb. Kompensasiyaların ödənilməsi də, düşünürəm ki, başa çatmaq üzrədir. Üçüncü şərt Qəzza zolağı üzərindən blokadanın götürülməsi idi. Fələstində elektrik enerjisi və su təchizatı ilə bağlı ciddi problemlər var. Biz bu problemlərin həlli ilə bağlı bir neçə təklif ilə çıxış etmişdik. Hadisələrin inkişafı müsbət məcrada davam edir. Bu məsələləri həll edəcəyimiz təqdirdə, Türkiyə orada məktəblər, xəstəxanalar tikə biləcək” – deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, ötən ilin sonunda mətbuatda səfirlərin qaytarılmasını, İsrail qazının Türkiyəyə tədarük olunmasını nəzərdə tutan Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair layihə hazırlandığı bildirilmişdi.