İranın üzvlüyünü dəstəkləyirik - Rusiya
Moskva Tehranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyünü dəstəkləyir.
Azia.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
“Bizim yaxın, bəzi beynəlxalq və regional məsələlərdə üst-üstə düşən mövqelərimiz var. Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda nəzərdə tutulan Düşənbə sammiti ilə əlaqədar qeyd etmək istərdim ki, Rusiya İranın ŞƏT-ə tamhüquqlu üzvlüyünü dəstəkləyir”, – deyə o bildirib.