Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər. Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, bu pozuntuya görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1 000-2 000 manat, hüquqi şəxslər isə 3 000-5 000 manat cərimə edilə bilər.
Belə ki, abunəçilərlə bağlanan müqavilələrdə SİM-kartların və digər identifikasiya modullarının başqa şəxslərə daimi istifadə üçün, eləcə də mütəmadi gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinin qadağan olunması barədə qeyd əks etdirilməlidir.

Günahkar kimdir - Təmsil
