İranın Suriyadakı keçmiş səfiri koronavirusdan ölüb
İranın Suriyadakı sabiq səfiri Hüseyn Şeyxülislam koronavirusun səbəb olduğu xəstəlikdən dünyasını dəyişib. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilir ki, keçmiş səfir xəstəliklə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.