azia.az
azia.az

Ermənilər nəyə və necə hazırlaşır? – Sensasion detallar

27-11-2020, 12:18

Azərbaycanın Vətən müharibəsində ağır məğlubiyyətlə üzləşən və kapitulyasiyaya imza atan Ermənistan işğalçılıq planlarından əl çəkmək niyyətində olmadığını bütün vasitələrlə ortaya qoymaqdadır. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, Rusiya sülhməramlılarının nəzarəti altında qalan ərazilərimizə iddialardan bir addım da geri durmayıblar.
Ermənilər nəyə və necə hazırlaşır? – Sensasion detallar
Bunu açıq şəkildə bu cür nümayiş etdirirlər:

1. Keçmiş və qondarma “dqr”dən real “respublika” kimi danışmağa, hətta bu qurumun separatçı-terrorçu lideri Araik Arutyunyanla “rəsmi” görüşlərə davam edirlər. Nə Ermənistan Baş naziri Nikol Paşinyan, nə erməni siyasətçilər, nə də digər qurumlar “dqr”in artıq mövcud olmadığını qəbul edirlər. Hətta “dqr”in dünya ölkələri tərəfindən “tanınması” üçün böyük kampaniyaya başlayıblar.

2. Bütün siyasətçilər “müharibədən sonra əlimizdə nə qədər ərazi qaldı” sualı ətrafında ciddi müzakirələr aparırlar. Bunun ən açıq mətnini isə sabiq baş nazir Qrant Baqratyan ötən gün keçirdiyi mətbuat konfransında elan etdi.

Baqratyan iddia etdi ki, kapitulyasiyadan dərhal sonra “dqr”in ərazisinin 3,6 min kvadrat kilometr qaldığı bildirilsə də, hazırda “daha az ərazi əlimizdədir”.

“Əgər yenə əlimizdən almasalar, hazırda 3,18 min kv/km ərazimiz qalıb”, – Baqratyan dedi.

O da digərləri kimi iddia edir ki, Paşinyan “9,4 min kv/km-i düşmənə hədiyyə edib”.

Olduqca təhlükəli, eyni zamanda işğalın mahiyyətini və davamını təsdiqləyən faktdır.

Yəni: 26 noyabr 1991-ci ildə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4,4 min kv/km (daha dəqiq – 4,388) idi. Ancaq ermənilərin hazırda iddia etdiyi rəqəmləri toplasaq – 3,18 min kv/km və 9,4 min kv/km – ümumilikdə 12,58 min kv/km yaranır. Bu ərazini ermənilər necə “hesablayıblar”?

30 ilə yaxın işğal altında qalan keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun ümumi sayəsi 17 min kv/km-dən artıqdır. 7 rayonu ermənilər bu vaxta qədər “bufer zona” və yaxud “təhlükəsizlik zonası” adlandırır, keçmiş Dağlıq Qarabağın işğalı ilə barışacağımız halda o rayonların geri qaytarılacağını bildirirdilər.

Ancaq ermənilərin indi açıqladığı rəqəmlərdən görünür ki, Ermənistan Azərbaycana işğal etdiyi torpaqların ən yaxşı halda 4,5 min kv/km-ni qaytarmağı “nəzərdə tutubmuş”. Bəs, keçmiş Dağlıq Qarabağın ətrafındakı hansı rayonları özlərinə “birləşdiriblərmiş”?

3. Açıq şəkildə bildirirlər ki, bu vaxta qədər Azərbaycanın işğal altında saxladıqları ərazilərini əkib-becəriblər, o torpaqların sərvətini daşıyıblar.

Baqratyan da vurğuladı ki, “dqr” bütün Ermənistan və “dqr”in taxıl ehtiyacının 25%-ni verirdi. Rəsmi statistikaya görə, Ermənistanda təxminən 3 milyon civarında (2019-cu il statistikasına görə, 2,951 milyon) əhali yaşayır, Azərbaycanın Qarabağ bölgəsində isə 139 min.

Ermənistan QHT-lərinin hesabatlarına görə isə Ermənistanda 2 milyon civarında, Azərbaycanın Qarabağ bölgəsində isə 65 minə qədər erməni məskunlaşıb.

Beləliklə, rəsmi statistikada 770 min, real olaraq isə təxminən 520 min əhali Azərbaycanın işğaldakı torpaqlarında becərilən buğda ilə təmin edilirdi.

Erməni ekspertlər (o cümlədən Baqratyan) bildirir ki, əkin sahələrinin hamısı Azərbaycanın nəzarətinə keçib: “Bundan sonra Ermənistan nəinki özü üçün, eyni zamanda “dqr” üçün xaricdən taxıl almalıdır”.

Erməni ekspertlər hazırda taxılın bahalaşdığını və valyuta ilə olduğunu, eyni zamanda Rusiyanın da onlara taxılı pulsuz verməyəcəyini vurğulayaraq, bunun Ermənistanın dövlət büdcəsi üçün yük olacağını və ağır iqtisadi problemlərə yol açan fakta çevriləcəyini qeyd edirlər.

Digər tərəfdən, Baqratyan Azərbaycanın nəzarətinə 3 SES-in keçdiyini bildirərək, artıq “dqr”in özünü elektrik enerjisi ilə təchiz etmək imkanında olmadığını da açıqladı. Bildirdi ki, ekspertlər buğda kimi, elektrik enerjisinin də Ermənistandan ixrac olunacağını düşünürlər.

Məsələnin iqtisadi tərəfini – onsuz da kasıb olan Ermənistanın bu yükü çəkə bilib-bilməyəcəyidirsə, siyasi tərəfi işğal təfəkküründən əl çəkməmələri, Azərbaycanın ərazi bütövlüyünə qarşı planlarıdır. Belə ki, ermənilər hələ də “dqr” üçün planlar qururlar və Laçın koridoru vasitəsilə bu “republikanı” “yaşatmaq yollarını” müzakirə edirlər.

Ən təhlükəli ssenarilər başlayıb

Bu planlarını həyata keçirmək, əlbəttə, Ermənistanın siyasi-iqtisadi imkanları xaricindədir. Ancaq bunu Ermənistan həyata keçirmir ki?

Məsələn, Fransadan – ATƏT-in Minsk Qrupunun üzvü, yəni bitərəf olmalı ölkədən – Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli bir qətnamə çıxarıldı. Ötən gün Fransa Senatı “dqr”in müstəqilliyinin tanınmasını tövsiyə etdi.

Bunun ardınca isə Belçika da “dqr” ilə diplomatik münasinətləri qurmağın yollarını axtarır. Bu ölkənin parlamenti 30 noyabrda bu “yolları” müzakirə edəcək.

Görünən odur ki, Qərbin bəzi dövlətləri öz ambisiyaları naminə və Türkiyənin Cənubi Qafqazda güclənməsinin qarşısını almaq üçün hətta bütün beynəlxalq qanunlara tüpürməyə və Azərbaycanın özlərinin tanıdıqları ərazi bütövlüyünə uyğun olmayan qərarlar verməyə hazırdır.

Maraqlıdır ki, sözügedən addımlar Rusiya lideri Putinin “Dağlıq Qarabağ və ətrafındakı rayonlar hər zaman Azərbaycanın tərkib hissəsi olub” kimi qəti mövqeyi ilə paralel gedir.

Belə çıxır ki, sorosçular “Paşinyan layihəsi”ndən qətiyyən əl çəkməyib və bütün vasitələrlə Ermənistanı Rusiyadan qoparmaq istəyirlər. Buna görə də tələsik Minsk Qrupu formatına dönmək, “dqr”lə bağlı qətnamələr çıxarmaq, başqa sözlə, kapitulyasiya imzalayan Ermənistanı xilas etməyə tələsirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi