azia.az
azia.az

Ermənistan baş naziri BBC müxbirinin bir sıra sualları qarşısında aciz qaldı FOTO VİDEO

7-10-2020, 10:38


Ermənistanın baş naziri Nikol Paşinyan “BBC” kanalına müsahibə verib.
Ermənistan baş naziri BBC müxbirinin bir sıra sualları qarşısında aciz qaldı FOTO VİDEO
Müxbir Cona Fişerin suallarına cavab verən Nikol Paşinyan “Artsax (Dağlıq Qarabağ-red.) Ermənistandır, ermənilərin torpağıdır”, hədyanını yenidən təkrarlayıb. O, azərbaycanlıları terrorçu adlandırmaqdan çəkinməyib.

“Azərbaycan istəyir ki, Qarabağda erməni qalmasın. Onları buna görə terrorizə edərək Dağlıq Qarabağa hücum edir. Onlar istəyirlər ki, orada yaşayan ermənilər bunu desinlər: “Tamam siz terrorçusunuz və biz də təslim oluruq. Bu isə qətiyyən mümkün deyil”.



Jurnalist Cona Fişer ona Ermənistanın hansı güzəştlərə hazır olduğunu soruşub və israrla rəsmi İrəvanın Dağlıq Qarabağın ətrafındakı rayonları boşaltmağa hazır olub-olmadığını xəbər alıb. Lakin Paşinyan bu suala birbaşa cavab verməkdən qaçınaraq bununla bağlı danışıqların uzun illər boyu getdiyini deyib. Bundan başqa Ermənistan baş naziri “bunun üçün Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququnu tanımalı olduğunu” bildirir.
“Beynəlxalq hüquq çərçivəsində qəbul edilən sənədlərdə Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etdiyi göstərilir. Bununla bağlı BMT qətnamələri mövcuddur. Buna nə deyirsiz”, sualına verdiyi cavabda N.Paşinyan həmin aktlarda Ermənistandan bəhs edilmədiyini bildirib.


“Lakin həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycana aid olması aydın şəkildə yazılıb” sualına isə erməni baş nazir cavab tapmayıb və üstəlik Azərbycanın Dağlıq Qarabağda erməni soyqırımını həyata keçirmək istədiyi barədə yalanlarını təkrarlayıb.
Müxbir Fişer Ermənistan ərazisinə hücum ediləcəyi halda Rusiyanın köməyə yetişib-yetişəməyəcəyi məsələsinə toxunub. Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının müvafiq müddəasını xatırladıb.

Artıq bu neçənci dəfədir ki, özü jurnalist olan mənfur baş nazir xarici jurnalistlərin qarşısında biabırçı vəziyyətə düşür. Çünki onun mövqeyi haqsız, dedikləri ağ yalandır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi