Bu gün Ermənistanda matəmdir - Hər gün Ermənistana yüzlərlə meyit gətirilir
Ermənistanda 22 noyabr Qarabağda ölən əsgərlər üçün Anım Günü elan edilib. Mərasim Eçmiadzində Bütün Ermənilərin Katolikosu II Qaregin tərəfindən keçiriləcək.
"Ölkə.Az" xəbər verir ki, bu barədə “Exo Moskva” radiosuna erməni politoloq Aleksandr İskəndəryan məlumat verib. Məlumatda deyilir ki, hazırda Azərbaycanla Ermənistan arasında əsirlərin və meyitlərin mübadiləsi prosesi aparılır. Hər gün Ermənistana yüzlərlə meyit gətirilir. Ona görə də 22 noyabr ölən ermənilər üçün anım günü elan edilib.konkret.az