Obama Putindən Əsədə təzyiq göstərməsini istəyib
ABŞ prezidenti Barak Obama Vladimir Putinlə son telefon danışığından bəhs edib. Prezidentlərin telefon danışığının təfərrüatları ortaya çıxıb. Telefon söhbəti zamanı Barak Obama Putindən atəşkəsə riayət etməsi üçün Suriya hakimiyyətinə təzyiq göstərməsini istəyib.
Bu barədə Ağ Ev rəhbəri Ər-Riyadda keçirilən ABŞ və Fars Körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurasının birgə sammitində bəyan edib.
“Mən Vladimir Putindən Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərməsini istədim”-deyə Əl Ərəbiya kanalı Obamanın sözlərindən sitat gətirib. Aprelin 18-də Rusiya prezidenti Vladimir Putin və Obama telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edib. Hər iki lider Rusiya və ABŞ-ın təşəbbüsü ilə əldə olunan atəşkəs razılaşmasının davam etməsinə, ehtiyac olan bölgələrə humanitar yardım göndərilməsinə qərar veriblər.
Bu barədə məlumatı yayan Kremlin rəsmi internet saytı bildirib ki, Putin terrorçuların və silah qaçaqmalçılarının istifadə etdiyi Türkiyə-Suriya sərhədinin bağlanmasını da təklif edib. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.