azia.az
azia.az

Obamadan Ərdoğana dəstək: “Türkiyənin özünümüdafiə hüququ var”

20-02-2016, 10:00

Obamadan Ərdoğana dəstək: “Türkiyənin özünümüdafiə hüququ var” Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub. Barak Obama Ankarada baş verən terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Barak Obama PKK daxil olmaqla, terror təşkilatları ilə mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinə dair razılığa gəliblər.
Suriya münaqişəsinə toxunan tərəflər Münhendə əldə edilmiş razılaşmalara sadiq qalacaqlarını bildiriblər. Obama həmçinin Suriyanın şimal-qərbində hökumət qoşunlarının və kürdlərin hücumları ilə bağlı narahatlığını bildirib.
“Türkiyənin özünümüdafiə hüququ var. ABŞ özünün NATO üzrə tərəfdaşını daim dəstəkləyəcək”, deyə ABŞ prezidenti əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi