Roqozin: Moskva İrəvana və Bakıya bərabər şəkildə silah satır
Rusiya İrəvana və Bakıya silahı maraqlar tarazlığına riayət edərək satır.
RİA Novosti agentliyinin verdiyi məlumata əsasən, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib: "Biz Ermənistana və Azərbaycana silahı marağların tarazlığına riayət edərək satırıq".
O həmçinin qeyd edib ki, Rusiya ölkələrdən birinə silah satışını dayandıran kimi, onun yerini ABŞ və ya digər ölkələr tutacaq.