azia.az
azia.az

Azərbaycanın aldığı silahlar Rusiyanı irəli aparır

24-02-2016, 11:44

Azərbaycanın aldığı silahlar Rusiyanı irəli aparır Qlobal silah bazarında 25% pay Rusiyaya aiddir.

2011–2015 illər ərzində dünyada ən çox silah ixracatçıları ABŞ və Rusiya dövlətləri olub. ANS PRESS-in məlumatına görə, bu barədə “Yearbook - 2016” dünya silah ticarəti haqqında məruzəyə əsasən Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun hesabatında bildirilir.
Sənədə əsasən, bu dövr üçün silah ticarətinin həcmi 14% artıb. Dünyanın ən böyük silah ixracatçısı siyahisinda ABŞ liderdir, ikinci mövqedə Rusiya qərarlaşıb. Bu iki dövlət 58% bütün silahları satır. Həmçinin üç ən böyük idxalçı Çin, Fransa və Almaniya sayılır.
Məruzənin məlumatına görə, qlobal bazarda 25% pay Rusiyaya aiddir, bu halda 2011–2015 illər ərzində ruslar öz ixracını 28% artırıb. Həmçinin qeyd edilir ki, 2014 və 2015-ci il satış həcmləri azalıb.
Sənəddə Rusiya silahının alıcıları olan ən böyük ölkələr haqqında da informasiya var. Beş il ərzində Rusiya 50 ölkəyə silah satıb. Onların arasında Rusiyadan silah alma üzrə lider Hindistan (39%) olub. 11% göstərici ilə Çin və Vyetnam ikinci yerdə qərarlaşıb.
Rusiya 6,4% silah satışını Avropaya edib. Regiona ixracın həcminin 2,64%-i Azərbaycanla müqavilələrin hesabına böyüyüb. ABŞ-ın əsas müştəriləri siyahısında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə yer alır.
Ötən il IHS Global Insight təşkilatı ən çox silah satan ölkələrin adını açıqlayıb. Siyahıya ABŞ başçılıq edib. Rusiya ikinci Fransa isə ücüncü sırada yer alıb. İlk beçliyi Böyük Britaniya və Almaniya tamamlayıb.
Rusiyanın silahlarının regiona ixrac həcminin 2,64%-i Azərbaycanla müqavilələrin hesabına artmasına münasibət bildirən hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə, Azərbaycanın son zamanlar bir çox ölkələrdən silah aldığını və bunların arasında Rusiyanın da olduğunu bildirib.
“Azərbaycan son bir neçə ildə xaricdən ən müasir silahlar alıb. Biz bunu heç gizlətmirik. Azərbaycan bu silahların alınmasında torpaqlarının işğalda qalması, yeni silahların modernləşdirilməsi, hərbi infrastrukturunun genişləndirilməsi və digər məsələləri nəzərə alıb. Azərbaycan Rusiyadan savayı bir çox ölkələrdən ən müasir silahlar alır. Bunların arasında Türkiyə, İsrail, Pakistan, Rumunya və Ukrayna kimi ölkələr var. Bunları bir yerdə götürəndə deməzdim ki, Rusiyadan alınan silah faizi çoxdur.
Son vaxtlar regionda gərgin vəziyyət yaranıb. Xüsusilə də Türkiyənin Suriya münaqişəsi ilə bağlı. Həmçinin Rusiyanın davamlı şəkildə Ermənistanı silahlandırması heç də yaxşı niyyətlərdən xəbər vermir. Bunlar Ermənistanı şirnikləndirə və qudurda bilər. Əlbəttə burada daha çox Türkiyə amili var. Yəni guya Ermənistanın Türkiyədən qorunması və regionda Rusiyanın maraqlarının təmin olunmasıdır”, - deyə Üzeyir Cəfərov bildirib.
“Azərbaycan Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığın inkişafında maraqlıdır”, - deyə bu barədə bir müddət əvvəl müdafiə sənayesi nazirinin müavini Azad Məmmədov bildirmişdi.
A.Məmmədov bildirib ki, hazırda Rusiya Azərbaycanın hərbi-texniki sahəsində əməkdaşlığın ümumi həcminə görə ölkələr arasında birinci yerdədir. Onun sözlərinə görə, Azərbaycan son vaxtlar Rusiyadan T-90 tankları, ağır aqnomyot sistemləri, özüyeriyən artilleriya sistemi olan “Msta”, zərbə helikopterləri Mi-35M, BMP-3 piyada döyüş maşınları, BTR-82 zirehli maşınları alıb. Hazırda isə iki ölkə arasında AK-74M avtomatlarının istehsalı üzrə lisenziyanın təşkili ilə bağlı müqavilənin reallaşdırması istiqamətində işlər gedir.
“Biz bu müqavilənin ikinci mərhələsinin reallaşdırmasına başlamışıq”, deyə Azad Məmmədov bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi