azia.az
azia.az

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Nə? Harada? Nə zaman? İntellektual turniri keçirilib

3-06-2019, 16:30

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Nə? Harada? Nə zaman? İntellektual turniri keçirilib
Bakı Biznes Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Nazirliyin əməkdaşlarının intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə, “Nə? Harada? Nə zaman” intellektual oyunu təşkil edilib. Turnirdə İqtisadiyyat Nazirliyinin strukturlarından 12 komanda iştirak edib və oyun ərzində məntiqi biliklərə əsaslanan 48 sual səsləndirilib. Turnirin qalibi Nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin “İnter” komandası olub. İkinci və üçüncü yerləri isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOBİA” və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin “Əməkdaşlıq” komandaları tutublar. Turnirdə ilk üç yeri tutan komandalara fəxri fərman və mükafatlar verilib.

Mətbuat Xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi