azia.az
azia.az

Həbs etdirdiyi nazirin qızını belə təbrik etdi

Bu gün, 00:00

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün rəsmi İnstaqram səhifəsində Nare Kerobyanı "Junior Eurovision" mahnı müsabiqəsində qalib olması münasibətilə təbrik edib.

Xəbər verilir ki, o, Narenin Ermənistanı təmsil etdiyi qalib mahnısının videosundan bir parça paylaşıb və yazıb:


"Ermənistan "Junior Eurovision"da qalib gəldi. Bravo, Nare!".

Qeyd edək ki, Nare Kerobyan Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın qızıdır. Kerobyan 2024-cü ilin fevral ayında Nikol Paşinyanın hakimiyyəti dövründə həbs edilib.

Vahan Kerobyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi ilə bir qrup vəzifəli şəxs tərəfindən əvvəlcədən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub. Bu maddə nazirliyin satınalma tenderində qeydə alınmış sui-istifadə halları ilə bağlıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi