azia.az
azia.az

Balakən, Zaqatala və Qaxda yem emalı müəssisələri fəaliyyətə başlayıb

31-05-2019, 11:58


Ölkə regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisələri Balakən, Zaqatala, Qax rayonlarında istifadəyə verilib.
Balakən, Zaqatala və Qaxda yem emalı müəssisələri fəaliyyətə başlayıb
Balakən rayonunun Qazma, Zaqatalanın Qazangül, Qaxın Tasmalı kəndlərində yem emalı müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Riçard Bayes və yerli sakinlər özəl bölmənin, aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən bəhs edib, yem emalı müəssisələrinin bölgələrdə bitkiçilik və heyvandarlığın inkişafında, yemə olan tələbatın ödənilməsində, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Balakən, Zaqatala və Qax rayonlarında yem emalı müəssisələrinin istifadəyə verilməsi ilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində fəaliyyətə başlamış yem emalı müəssisələrinin sayı 27-ə çatıb. Yem emalı müəssisələrində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Mətbuat Xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi